Yarımada FK

Haqqımızda

Gələcəyin Çempionları Burada Yetişir

Yarımada Futbol Klubu uşaq və gənclər futbolunun inkişafı, onlarda idmana sevgi yaratmaq məqsədilə təsis edilmişdir. Yarandığı gündən etibarən klubumuz qısa zamanda böyük uğurlara imza atmış və bir çox istedadlı gəncləri üzə çıxarmışdır.

Bizim üçün hər bir uşaq gələcəyin ulduzudur. Mütəxəssis məşqçilərimiz tərəfindən tətbiq olunan xüsusi inkişaf proqramları ilə futbolçularımızın həm fiziki, həm də psixoloji cəhətdən tam hazırlıqlı olmasını təmin edirik.

Yarımada FK

MİSSİYAMIZ

Uşaq və gənclərə sağlam həyat tərzini aşılamaq, onlarda daxili intizam, liderlik və kollektivdə işləmək bacarıqlarını inkişaf etdirmək.

VİZYONUMUZ

Azərbaycanın ən böyük və peşəkar uşaq futbol akademiyalarından birinə çevrilərək, milli komandalara və peşəkar klublara davamlı oyunçu yetişdirmək.

DƏYƏRLƏRİMİZ

Hörmət, Dürüstlük, Əzmkarlıq və Sağlam Rəqabət. Biz təkcə yaxşı futbolçu deyil, həm də layiqli vətəndaş yetişdiririk.

Uğurlarımız & Nailiyyətlər

Qısa zaman ərzində qazandığımız medallar, kuboklar və çempionluqlar klubumuzun inkişafının və məşqçilərimizin zəhmətinin bariz nümunəsidir. Uşaq futbolunda yeni standartlar müəyyən etməkdə davam edirik.